Xalq artistinin vəziyyəti yenidən pisləşdi — FOTO

ŞOU-BİZNES 22 may 2020, 13:13

Xalq artisti Könül Xasıyevanın səhhəti yenidən pisləşib.


Demokrat.az xəbər verir ki, xəstə anasına baxmaq üçün hazırda Şəkidə ata evində yaşayan sənətçi müalicəsini orada davam etdirdiyini bildirib.


Xalq artisti sistem altında çəkilmiş fotosunu sosial media hesabında paylaşaraq, vəziyyətindən nigaran olduğunu yazıb:


“Allahın yazısına pozu yoxdur. Amma oğlum Kazımın toyunu görmədən ölmək istəmirəm”.


Xatırladaq ki, muğam ifaçısı K.Xasıyeva may ayının ilk günündə əməkdaşımız ilə söhbətində qəbul etdiyi dərmanların bahalaşmasından şikayətlənmişdi:


“Oğlum Kazım da müalicə olunur. İkimiz də mütəmadi dərman qəbul etməliyik. Sağlamlığım həmin dərmanlardan asılıdır. Qəbul etdiyimiz dərmanların qiyməti son günlərdə bahalaşıb. Dərmanları almaqda çətinlik çəkirəm”.

 

Qeyd edək ki, sevilən sənətkar onurğa iflicindən əziyyət çəkir.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top