"Saçıma, makiyajıma verdiyim qonorara gedirlər yarım saat oxuyurlar" — VİDEO

ŞOU-BİZNES 20 may 2020, 18:09

“Xoşbəxt bəndəyəm ki, atdığım addımlar yaşlı-yaşlı xalq artistləri tərəfindən qısqanclıqla qarşılanır. İnsanlarımız görür ki, Afət Gəncədən Lənkərana, Lənkərandan Moskovaya və digər yerlərə toya gedir, qısqanırlar. Elə olub ki, 4 gün yatmamışam”.


Demokrat.az xəbər verir ki, bunu müğənni Afət Fərmanqızı ARB TV-nin “Ona qalsa” verilişində söyləyib.


O, müğənni Əli Mirəliyevin onu tənqid etməsinə münasibət bildirib: “İndi Əli Mirəliyev deyəcək ki, mən də hər gün toy oxumuşam. Əli müəllim, sizin dönəminizdə hər şey başqa idi. Tutaq ki, sizin dönəminizdə ən bahalı maşın “Vaz 21-07” və yaxud da “Volqa” idi. Bu gün zaman dəyişib.


Demokratik və gözəl ölkədə yaşayırıq. Xalqın istəyi ilə gedib onların toyunu oxuyuram. Zorla camaatın toyuna necə gedim oxuyum? Mənim saçıma, makiyajıma verdiyim qonorara gedirlər yarım saat oxuyurlar. Onda da paxıllıq yaranır”.(open.az)

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top