Xalq artisti verilişə velosipedlə gəlib mərci uddu — VİDEO

ŞOU-BİZNES 20 may 2020, 00:15

Xalq artisti Səməd Səmədov Fatmayı kəndində yerləşən bağından “Xəzər” televiziyasına qədər velosipedlə gəlib.  


Belə ki, “5/5” axşam şousunda qonaq olan 73 yaşlı sənətçi televiziyanın həyətinə velosiped sürərək daxil olub.  


Canlı efirə qatılan Xalq artisti üzünü şounun aparıcısı Zaur Kamala tutaraq, onunla mərc etdiyini bildirib: 


“Fatmayıdən gəlirəm. Zaur, 100 manatımı ver. Mənimlə mərcə girmişdin ki, bağdan velosipedlə gələ bilərsən, ya yox? Şahidlər də var, uduzmusan”.  


Z.Kamal məsələni “Pul söhbəti olmasın. Qonaqlıq verərəm” deyərək, həll etməyə çalışıb.  (Oxu.az)

 

 

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top