Zeynəb Xanlarova vəfat edib? — AÇIQLAMA

ŞOU-BİZNES 19 may 2020, 10:36

Azərbaycan Respublikasının Xalq artisti, görkəmli sənətkar, Sabiq deputat Zeynəb Xanlarovanın dünyasını dəyişməsi barədə xəbərlər yayılıb. Qeyri-rəsmi məlumatlara görə, sənətçi 83 yaşında Nyu-Yorkda dünyasını dəyişib. Xəbər sosial şəbəkələrdə ildırım sürətilə yayılıb.

 
Demokrat.az-ın xəbərinə görə, Zeynəb Xanlarovanın qudası xəbərin yalan olduğunu bildirib: "Bilmirik bu xəbəri kim yayıb. Zeynəb Xanlarova sağdı və vəziyyəti də yaxşıdır".

 
Qeyd edək ki, bu ilin dekabrında Zeynəb Xanlarovanın 84 yaşı tamam olacaq. Zeynəb Xanlarova uzun illərdir Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Belə ki, o, 1985-ci ildən 2019-cu ilə kimi deputat mandatı daşıyıb.(modern.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top