Azərbaycanda daha 113 nəfər koronavirusa yoluxdu — 40 nəfər sağaldı

SOSİAL 18 may 2020, 17:24

"Azərbaycanda daha 113 nəfər koronavirusa yoluxub, 40 nəfər sağalıb, 1 nəfər isə vəfat edib".

 

Demokrat.az xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.


Y.Qarayeva qeyd edib ki, hazırda 3387 ümumi yoluxan var.


O bildirib ki, bu günə qədər 235 910 test edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 apr 2024, 08:29
Top