Azərbaycanda siqaret idxalı 79,8 faiz azalıb

SOSİAL 18 may 2020, 19:57

Dövlət Statistika Komitəsi bu ilin ilk 3 ayı ərzində ölkəyə idxal olunan məhsullarla bağlı statistikanı açıqlayıb.


Demokrat.az xəbər verir ki, 2020-ci ilin yanvar-mart aylarında 2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəzin ixracı 9,4 faiz, şəkər – 16,3 faiz, bitki yağları – 2,8 dəfə, meyvə və tərəvəz konservləri – 44,6 faiz, çay – 5,4 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 2,1 dəfə, kartof – 37,3 faiz, pambıq lifi – 15,9 faiz, polietilen – 15,8 faiz, pambıq ipliyi – 40,3 faiz, qara metallardan borular – 1,8 dəfə artmış, təzə meyvə ixracı isə 27,5 faiz, meyvə və tərəvəz şirələri – 14,5 faiz, tütün – 27,3 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 69,0 faiz, emal olunmamış alüminium – 9,8 faiz, bentonit gili – 34,8 faiz azalıb.


2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə 2020-ci ilin yanvar-mart aylarında təzə meyvənın idxalı 14,6 faiz, bitki yağları – 3,0 faiz, kərə yağı, digər süd yağları və pastaları – 49,4 faiz, çay – 25,5 faiz, mal əti – 9,8 faiz, təzə tərəvəz – 1,7 dəfə, minik avtomobilləri – 2,0 dəfə, dərman vasitələri – 1,8 dəfə, polad prokatı – 1,7 dəfə, qara metallardan borular – 1,3 faiz, qara metallardan çubuqlar – 1,7 dəfə, hesablama maşınları, blok və qurğuları – 1,6 dəfə, rezin şinlər – 8,2 faiz, yük avtomobilləri – 51,2 faiz, mebellər – 6,9 faiz, polietilen – 4,1 faiz, paltaryuyan maşınlar – 26,8 faiz, avtobuslar – 50,0 faiz, sement və sement klinkerləri – 12,1 faiz, məişət soyuducuları – 50,2 faiz artmış, buğda idxalı isə 59,2 faiz, kartof – 3,8 faiz, quş əti və onun əlavə məhsulları – 27,0 faiz, xam şəkər və şəkər – 75,2 faiz, siqaret – 79,8 faiz, mineral gübrələr – 25,3 faiz, qara metallardan künclüklər – 11,3 faiz, məişət kondisionerləri – 56,0 faiz azalıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top