Bakıda kişi 36 min dollar oğurlayarkən ayağını sındırdı

KRİMİNAL 18 may 2020, 12:36

Bakıda xəstəxanaya müraciət edən şəxsin cinayəti üzə çıxıb.


Demokrat.az xəbər verir ki, 1983-cü il təvəllüdlü Hacıyev Alqayıt Gülağa oğlu bir neçə gün əvvəl Nəsimi rayonunda avtomobildən 36 min ABŞ dolları oğurlayıb. 


O, hadisə yerini tərk edən zamanı ehtiyatsızlıqdan yıxılaraq ayağını sındırıb.


A.Hacıyev səhhətində yaranan problemlərə görə ötən gün xəstəxanaya müraciət edib. Onun özünü şübhəli aparması polis əməkdaşlarının diqqətini cəlb edib. 


Daha sonra A.Hacıyev polis tərəfindən saxlanılıb. Bu zaman o, törətdiyi cinayət əməlini etiraf edib.


Faktla bağlı araşdırma aparılır.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top