Göygöl sakini yüksək doza narkotikdən öldü

KRİMİNAL 17 may 2020, 16:46

Göygöl sakini narkotik qəbulundan sonra ölüb. 


APA-nın yerli bürosunun məlumatına görə, 1976-cı il təvəllüdlü rayon sakini Abdullayev Rizvan Firuddin oğlu ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. 


Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 


İlkin məlumata görə, R.Abdulayev yüksək dozada narkotikin təsirindən ölüb.
 

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top