Bu ərzaq məhsullarının qiyməti bahalaşdı

İQTİSADİYYAT 15 may 2020, 16:48

Dövlət Statistika Komitəsi istehlak bazarında qiymətlərin dəyişməsi haqqında məlumat açıqlayıb.


Demokrat.az xəbər verir ki, 2020-ci ilin yanvar-mart aylarında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar-mart aylarına nisbətən 103,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,2 faiz, qeyri-ərzaq məhsulları üzrə 101,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101,4 faiz təşkil edib. Cari ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,0 faiz, əvvəlki ilin mart ayına nisbətən 103,3 faiz təşkil edib. 2020-ci ilin mart ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,2 faiz, əvvəlki ilin mart ayına nisbətən 106 faiz təşkil edib. Cari ilin mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma yumru düyünün, qarabaşaq və manna yarmasının, makaron məmulatlarının, mal və qoyun ətinin, kolbasa məmulatlarının, təzə balığın, pasterizə olunmamış üzlü südün, kəsmiyin, günəbaxan yağının, süfrə marqarininin, limonun, portağalın, naringinin, almanın, armudun, heyvanın, narın, kivinin, qozun, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, balqabağın, bibərin, badımcanın, çuğundurun, yerkökünün, soğanın, sarımsağın, kartofun, çayın, arağın, pivənin və tütün məmulatlarının, ucuzlaşma isə əsasən unun, dondurulmuş balığın, sterilizə olunmuş üzlü südün, qatılaşdırılmış şəkərli südün, yoqurtun, bananın, şəkər və şəkər tozunun qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 


2020-ci ilin mart ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, əvvəlki ilin mart ayına nisbətən 101,2 faiz təşkil edib. 


Cari ilin mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox bahalaşma nitro boyaların, divar kağızlarının, polietilen su borularının, kəsilmiş taxtaların, kərpicin, oturacaq və yumşaq mebel dəstlərinin, xalçaların, şirəsıxanların, elektrik çaydanlarının, boşqab, fincan və nəlbəkilərin, tibbi spirtin, tibb termometrlərinin, toz şəklində sintetik yuyucu vasitələrin, minik avtomobilləri üçün akkumulyatorların, ucuzlaşma isə əsasən elektrik plitələrin və fərdi kompüterlərin qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2020-ci ilin mart ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 faiz, əvvəlki ilin mart ayına nisbətən 101,2 faiz təşkil edib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top