Azərbaycanda illik inflyasiya 3% qalıb

İQTİSADİYYAT 13 may 2020, 13:18

Bu ilin yanvar-aprel aylarında da Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 3% təşkil edib.


Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında məlumat verib.


“Bu isə bizim müəyyən etdiyimiz hədəfdən aşağıdır və ilin sonuna qədər də bu cür qalacağını gözləyirik”, - deyə o, qeyd edib.


Bundan başqa, baş bankir deyib ki, rəhbərlik etdiyi qurum iqtisadiyyatın müxtəlif sahələrinə dəstək istiqamətində balanslı mövqe tutmağa çalışır: "Son 1 ildə Azərbaycanda kredit portfeli 1,9% artıb. Biznes kreditləri üzrə 4,1% artım, istehlak kreditləri üzrə bu qədər azalma, o cümlədən ipoteka kreditləri isə 5,2% artım müşahidə edilib”.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top