“Konsertimi ləğv edirdilər, işə dövlət adamları qarışdı” — Namiq Qaraçuxurlu

ŞOU-BİZNES 12 may 2020, 14:48

“Məndən öncə meyxana üçün Nizami Rəmzi, Ağasəlim Çıldaq və digər meyxanaçılar müəyyən işlər görmüşdülər, Sovet dövründə meyxananı qoruyub saxlaya bilmişdilər.Mənimlə meyxanada tamamilə başqa bir dövr yarandı. Rəqabət meydana gəldi”.


Demokrat.az xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu “MTV Azərbaycan”da yayımlanan “Söhbətsiz” proqramında deyib.


O, sənətə gələndən sonra meyxananı beynəlxalq arenaya çıxardırdığını bildirib:


“Sadalasam, özümü tərifləmiş olaram. Amma bir meyxanaçının “Şəfa” stadionunda konserti ağlıma gəlir. Meyxananı Azərbaycandan kənara çıxardım, efirlərdə kütləviləşdirdim. Əvvəl meyxanaçıları ancaq bayram verilişlərinə çağırırdılar, məndən sonra bu dəyişdi. Əvvəllər bunları danışmırdım, amma gördüm ki, insanlar tarixi saxtalaşdırmaq istəyir. Buna görə də artıq susmuram. Məndən öncə nə qədər meyxanaçı olub. Birinin ağlına gəlməyib ki, klip çəkdirsin. Deyirdilər ki, meyxanaçı niyə prodüserlə işləməlidir ki? Mənə zəng gələndə başqası telefonu götürürdüsə, bu, faicə idi. İnsanların beyninə bunu yeritmək o qədər çətin idi. Adi cins şalvar geyinmək belə onlar üçün faciə sayılırdı. İndi hamısı geyinir. Müəyyən sərhədləri aşmaq lazım idi, bunu etdim”.


N.Qaraçuxurlu həmkarlarının ona qarşı birmənalı olmayan münasibətindən də söz açıb:


“Mənimlə “Rəvayət” klipindən sonra düşmən oldular. Paxıllıqdan başqa heç nə görmürdüm. Onlara dedim ki, siz də pul qazanacaqsınız, sizi də tanıyacaqlar və məndən əl çəkəcəksiniz. Elə də oldu. Ardıcıl meyxana yarışmaları keçirildi və onlar da tanındılar”.


O, həmkarı Namiq Mənanın meyxananı bədiyyyə adlandırmasına da münasibət bildirib:


“Onun dərinliyinə getmədim. Boş-boş söhbətlərdir. Bilərəkdən bilməyərəkdən kimisə gündəmə gətirir. Meyxananın adını qurdalamaq lazım deyil”.


N.Qaraçuxurlu uzun müddətdir konsert verməməsinin səbəbini açıqlayıb:


“Konsert sistemində çalışan dələduzlar problemlər yaratdılar. “Şəfa” stadionunda konsert verəndə müdiriyyəti dəyişmişdi. Konsertə bir həftə qalmış tədbiri təxirə salırdı ki, meyxana nədir? Gəlib buranı pis günə qoyacaqlar, yeni təmirdən çıxıb. Axır bir neçə dövlət adamı işə qarışdı, konsert baş tutdu. Heydər Əliyev sarayında xəbər tutdum ki, hər şey sıfır vəziyyətdədir. On gün qalmış məşqləri atdım, səhnə tərtibatı, işıq sistemi ilə məşğul oldum. Dedim ki, pulunu özüm ödəyəcəm. Belə problemlər yaşandı. Mənə qonorar ödənməli idi, verilmədi. Bu hallar Azərbaycandan kənarda da baş verdi deyə, konser verməkdən iyrəndim. Ancaq bu il konsert vermək niyyətindəyəm”.(axşam.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top