Bakı sakini anasını və evdəki ustanı bıçaqladı

KRİMİNAL 12 may 2020, 10:22

Bakı sakini yaşadığı evdə 2 nəfəri bıçaqlayıb.


Demokrat.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Ş.Əzizbəyov küçəsi, ev 34-də baş verib. Şəhər sakini Elnur Quliyev yaşadığı evə gələrək orada usta işləyən Sədrəddinbəyov Kamil Arif oğlunu bıçaqlayıb. Hadisədən bir neçə saat sonra o özünü öldürməyə cəhd edib. Bu zaman ona anası Minəxanım Quliyeva mane olmağa çalışıb. Həmin vaxt E.Quliyev anasını da bıçaqlayıb.


Hər iki yaralı xəstəxanaya çatdırılıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.


Faktla bağlı cinayət işi başlanıb.(trend.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top