Kürdəmirdə hamilə qadını qaynı güllələdi

KRİMİNAL 12 may 2020, 10:48

Kürdəmirdə hamilə qadını güllələyən şəxsin adı məlum olub.


Demokrat.az xəbər verir ki, hadisə mayın 11-i saat 20 radələrində rayonun Sığırlı kəndində baş verib.


Belə ki, kənd sakini, 1989-cu il təvəllüdlü Ramo Mövlayev qardaşı arvadı, 2000-ci il təvəllüdlü Könül Mövlayevanı kustar üsulla hazırlanmış tüfənglə atəş açaraq güllələyib. Qadın Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.


Hadisəni törədən R.Mövlayeva polis tərəfindən saxlanılıb.


Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürmə cəhd) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.


Qeyd edək ki, K.Mövlayeva 2 aylıq hamilə olub.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top