Koronavirusdan ən çox bu peşələrin sahibləri ölür

MARAQLI 11 may 2020, 21:04

Mühafizəçilər, sürücülər, aşpazlar və tibb işçilərinin koronavirusun yaratdığı fəsadlardan ölmək ehtimalı başqalarına nisbətən daha yüksəkdir.

 

Bu barədə məlumat Böyük Britaniya Milli Statistika İdarəsinin (ONS) saytında dərc edilib.

 

Təhlil əmək qabiliyyətli (20-64 yaş) vətəndaşlar arasında koronavirus nəticəsində 2 494 ölüm hadisəsi haqqında məlumatlara əsaslanır. Ölənlərin üçdə ikisi kişilərdir (1 612 nəfər).

 

Mühafizəçilər ən həssas qrup hesab edilir, ardınca aşpaz və avtobus sürücüləri gəlir. Bütün hallarda bu göstərici yalnız kişi işçilərə aiddir.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top