Toyda oynadığı adamların telefonunu götürdü — Bakıda kuryoz oğurluq

KRİMİNAL 11 may 2020, 19:59

Bakının Nizami rayonunda yerləşən şadlıq evlərinin birində qəribə oğurluq cinayəti qeydə alınıb.


Demokrat.az xəbər verir ki, Xankişiyev Fuad Məhəmmədnəbi oğlu toya dəvətli qismində daxil olaraq masaların birində əyləşərək yaxşı yeyib-içib, hətta qonaqlarla birgə rəqs də edib. Sonra isə başı şənlənməyə qarışan qonaqların 10 ədəd mobil telefonunu masaların üzərindən götürərək aradan çıxıb. 


Hadisədən qısa müddət keçdikdən sonra telefonu oğurlanan qonaqlar dərhal şadlıq evinin rəhbərliyinə məlumat veriblər. Əraziyə polis əməkdaşları çağırılıb və kamera görüntüləri vasitəsi ilə F.Xankişiyev müəyyən edilərək saxlanılıb və oğurlanan telefonlar sahiblərinə qaytarılıb. İlkin istintaq hərəkətləri zamanı F.Xankişiyevin əvvəllər şadlıq evlərinin qarşısından avtomobil oğurladığı üçün məhkum olunduğu da üzə çıxıb.


Faktla bağlı Nizami RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb və toplanmış materaillar Nizami Rayon Məhkəməsinə göndərilib. F.Xankişiyevin cinayət işi araşdırılmaq üçün hakim Nəriman Mehdiyevin icraatına verilib. Qeyd edək ki, zərərçəkənlər arasında vəkil, universitet müəllimi kimi tanınmış simalar var.(yenisabah.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top