Türkiyədən ölkəmizə gələn 4 həkim briqadası bölgələrə yola düşdü — FOTO

SOSİAL 10 may 2020, 22:51

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Səhiyyə Nazirliyinin dəstəyi ilə reallaşan REACT-C19 layihəsi çərçivəsində Türkiyədən Azərbaycana gələn 4 həkim briqadası Bakıda işlərini tamamlayaraq bölgələrə yola düşüb.


Demokrat.az Trend-ə istinadən xəbər verir ki, onlar 4 may tarixindən etibarən Gəncə, Goranboy, Ağdaş və Şəmkir olmaqla Azərbaycanın qərb bölgəsindəki 4 xəstəxanada işə başlayıblar.


Həkimlər Ümumdünya Səhiyyə Təşkilatının Xəstəxana Hazırlıq Təlimatından istifadə edərək xəstəxanalarda mövcud vəziyyəti dəyərləndiməyə və aşkar olunan problemlərin aradan qaldırılmasına dəstək olmağa, xəstəxanaların hazırlıq səviyyəsini artırmaq üçün orada çalışan həkimlərlə birgə fəaliyyət planı üzərində işləməyə başlayıblar.


Bununla yanaşı, həkimlər və orta tibb işçiləri üçün müxtəlif mövzularda təlimlərə start veriblər. Onlar bu 4 rayonda 2 həftə müddətində fəaliyyət göstərəcəklər, daha sonra Bakıya qayıdaraq növbəti iki həftəlik tur üçün hazırlıqlara başlayacaqlar.

 

 

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top