"Tağıyevin heykəlinin qoyulması yaxın vaxtlarda reallaşdırılacaq" — Bakı meri

SOSİAL 10 may 2020, 12:38

"Hacı Zeynalabdin Tağıyevin heykəlinin qoyulması ilə bağlı işlər aparılır".

 

Demokrat.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

 

O bildirib ki, hazırda heykəlin hazırlanması işləri görülür: "Heykəltəraşlar işləyir,  Heydər Əliyev Fondu tərəfindən məsələyə nəzarət olunur. Heykəlin ucaldılması asan başa gələn proses deyil. Yaxın vaxtlarda bu məsələ reallaşdırılacaq". (APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top