Müsavat Partiyasının üzvləri Prezident Admnistrasiyasında görüş keçirdilər

SİYASƏT 08 may 2020, 18:20

Dialoq.info-nun etibarlı mənbədən aldığı məlumata görə, Müsavat partiyasının üzvləri, tanınmış hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, o cümlədən tanınmış hüquq müdafiəçisi Səadət Bənənyarlı Prezident Admnistrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüblər.


Görüşdə ölkədəki ictimai-siyasi durum, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi, iqtisadi və kadr islahatları müzakirə olunub. Hüquq müdafiəçiləri ölkədə siyasi partiyalarla bağlı həyata keçirilən açılım prosesinin, iqtidar-müxalifət dialoqunun, dövlət başçısının koronavirusa qarşı ölkədaxili və beynəlxalq miqyasda apardığı mübarizəni, son dövrlər hakimiyyətin müxtəlif qollarında həyata keçirilən kadr islahatlarını dəstəklədiklərini bildiriblər.


Hüquq müdafiəçiləri xüsusi olaraq müxalifət partiyalarının ölkədəki idarəçilik proseslərinə cəlb edilməsini REAL Partiyasının sədri İlqar Məmmədovla bağlı Ali Məhkəmənin qərarını, Azadlıq Partiyasının sədri Əhməd Orucun müalicəsinə dövlət tərəfindən dəstək göstərilməsini, uzun müddətdir qeydiyyat problemi yaşayan partiyaların dövlət qeydiyyatının həll edilməsini alqışlayıblar. Onlar bu proseslərin davam etdiriləcəyinə inandıqlarını bildiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top