Adil Əliyevə daha bir yüksək vəzifə verildi

SİYASƏT 06 may 2020, 16:26

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasında Azərbaycan Respublikası Milli Məclisini təmsil edəcək üzv kimi Milli Məclisin Sədr müavini Adil Əliyev təyin edilib.


Demokrat.az-ın xəbərinə görə, Adil Əliyev 2005-2020-ci illər üzrə Milli Məclisin III, IV, V və VI çağırış deputatıdır və 10 mart 2020-ci ildə Milli Məclis Sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri seçilib. Milli Məclisin Parlamentlərarası İttifaqdakı nümayəndə heyətinin rəhbəri, Azərbaycan-Qazaxıstan parlamentlərarası dostluq qrupunun rəhbəridir. 2009-cu ildən Müstəqil Dövlətlər Birliyinin Müdafiə və Təhlükəsizlik Komitəsinin Sədr müavinidir. Daha öncələr Azərbaycan Respublikasının Daxili İşlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb.


Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 9 dekabr 2019-cu il Sərəncamına əsasən ARDNF-in Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib.


Sərəncama əsasən, ARDNF-in yeni tərkibinə Azərbaycan Respublikasının Baş Naziri, Milli Məclis sədrinin müavini, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri, Maliyyə naziri, İqtisadiyyat naziri və Mərkəzi Bankın sədri daxildir.(pravda.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top