"Ərimə heç kim dözməzdi, mən dözürəm" — Xatirə

ŞOU-BİZNES 06 may 2020, 14:24

"Heç nəyim gizlin deyil, hər şeyi açıb danışıram. Aprelin 25-də səyahətim var idi, bilet də almışdım. Qaldı".


Demokrat.az xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam "5/5" verilişində deyib. Sənətçi aparıcı Zaur Kamalın suallarını cavablandırıb.


Övladından danışan Xatirə "Çalışıram oğluma görə qalmaqallardan uzaq olum. İstəmirəm problem yaşayım, o lentə oğlum baxsın" sözlərini söyləyib.


Valideynlərindən bəhs edən ifaçı ailə üzvlərini telefonda "qara siyahı"ya atdığını etiraf edib:


"Ailə üzvlərimdən hamını "qara siyahı"ya atmışam: anamı, bacımı, qardaşımı. Hərdən səbirsizlənirsən, hamı əsəbidir. Mənim də xoşuma gəlməyən nəsə olanda "qara siyahı"ya atıram. Xasiyyətimdə çox şeyləri silmək istəyərdim".


Aparıcının "Kim sənin yerinə olsaydı ona dözməzdi" sualına müğənni belə cavab verib:


"Fəxrəddin... (həyat yoldaşı - red.) İnanın ki, düz deyirəm. Ona heç kim dözməzdi, amma mən dözürəm". (axşam.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top