İcra başçısı ona "Çakır" deyənlərə nə cavab vermişdi? — TARİXƏ QAYIDIŞ

SİYASƏT 05 may 2020, 21:57

Bu gün mediada Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun biznesi ilə əlaqədar məlumatlar yer alıb. İddialara görə, başçının rəhbəri olduğu rayonda Karxana “Qaradağ çınqıl” Məhdud Məsuliyyətli Cəmiyyət fəaliyyət göstərir. Həmin karxananın dəyəri milyonlarla ölçülür və "Çakır" ləqəbli icra başçısına məxsus olduğu iddia edilir.


Demokrat.az xəbər verir ki, yenidən gündəmə gələn Süleyman Mikayılovun illər öncə mətbuata açıqladığı fikirlər yada düşür. Başçı o zaman onun işinin xalqa xidmət etmək olduğunu bildirmişdi. Hətta ona "Çakır" deyə çağrılmasına belə reaksiya vermişdi: 


"Mən prezidentin təyin etdiyi icra başçısıyam. İşim göstərilən etimadı doğrultmaq və xalqa xidmət etməkdir. Mən bilmirəm nəyə görə mətbuatda adımı "Çakır" deyə yazırlar? "Çakır" adını bir filmdə görüb, yazırlar. Mən "Çakır" deyiləm. Mənim işim yalnız xalqa xidmət etməkdir. Başqa nə deyirlər, yazırlarsa özləri bilsinlər".

 

Zamiq

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top