İlon Mask yeni doğulmuş körpəsinə qəribə ad qoydu — FOTOLAR

MARAQLI 05 may 2020, 19:55

“Tesla”, “SpaceX” və “Solarcity” şirkətlərinin qurucusu İlon Mask yeni doğulmuş körpəsinə qəribə ad qoyub.


Demokrat.az xəbər verir ki, bu barədə o, öz tvitter hesabında açıqlama verib. Körpənin və anasının vəziyyətinin yaxşı olduğunu yazan Mask izləyicilərin təkidindən sonra körpənin adını açıqlayıb.


7-ci dəfə ata olan biznesmen körpəsinə “X Æ A-12 Musk” adını qoyduğunu bildirib. O, bu adın nə mənaya gəldiyi və necə tələffüz olunduğu barədə heç bir məlumat verməyib.


Daha sonra isə o, körpəsinin üzündə virtual döymə olan şəkilini paylaşıb.


Sosial mediada isə bu adın “SpaceX” şirkəti və ya sevgilisi, “Grimes” ləqəbi altında çıxış edən müğənni Kler Buşenin “CyberPunk 2077” oyununa yazdığı saundtreklə əlaqəli olduğu iddia olunub.(qafqazinfo.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top