Zeynəb Xanlarovanın konsert tarixi yenə dəyişdi

ŞOU-BİZNES 05 may 2020, 18:11

Xalq artisti Zeynəb Xanlarovanın solo konsertinin tarixində növbəti dəfə dəyişiklik olub.


Demokrat.az xəbər verir ki, 3 mayda Bakı Konqres Mərkəzində keçirilməsi planlaşdırılan konsert proqramı noyabrın 28-də baş tutacaq. Bu qərar Azərbaycanda tətbiq edilən xüsusi karantin rejiminin 31 mayadək uzadılmasına görə verilib.


Xatırladaq ki, bundan əvvəl Xanlarovanın konsertinin 18 martda keçiriləcəyi deyilsə də, aparılan profilaktik tədbirlərə görə mayın əvvəlində reallaşacağı planlaşdırılmışdı.(qafqazinfo.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top