Parlament Bakı Apellyasiya Məhkəməsinə namizədliyi irəli sürülən hakimləri təsdiqlədi — SİYAHI

SİYASƏT 05 may 2020, 11:45

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” məsələ müzakirə olunub.


Demokrat.az xəbər verir ki, iclasda Ali Məhkəmənin hakimləri Vəfaddin İbayev, Akif İsgəndərov, Əli Seyfəliyev, Qürbət Əsgərovun vəzifələri dəyişdirilərək Bakı Apelyasiya Məhkəməsinin hakimləri təyin edilməsi haqqında məsələyə baxılıb.


Bundan əlavə, iclasda Yasamal rayon Məhkəməsinin hakimi Ramin Qurbanov, Sabunçu rayon Məhkəməsinin hakimi Ziya Şirinov, Səbail rayon Məhkəməsinin hakimi Anar Tanrıverdiyev, Yasamal rayon Məhkəməsinin hakimi Emin Mehdiyev və Nizami rayon Məhkəməsinin hakimi Rəşad Həsənovun Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin edilməsi məsələsi müzakirə edilib.


Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top