Azərbaycanda gün ərzində koronavirus testindən keçənlərin sayı AÇIQLANDI

SOSİAL 03 may 2020, 23:26

Bu gün Azərbaycanda daha 5 335 nəfər koronavirus testindən keçirilib. 

 
Demokrat.az
xəbər verir ki, bu barədə Tibbi Ərazilərin İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.


Məlumata əsasən, ümumilikdə 157 932 test həyata keçirilib.


Reanimasiyada olan xəstə sayı 18, süni tənəffüs cihazında olan xəstə sayı 8-dir.


Qeyd edək ki, ölkədə virusa yoluxanların sayı 1932, virusdan ölənlər 25, sağalan xəstə sayı 1441, aktiv xəstələrin sayı isə 466 nəfərdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top