"Çirkin əməllər, korrupsiya halları gizli qalmır" — Deputat

SOSİAL 03 may 2020, 19:11

Son aylar ərzində bir neçə  icra başçısı həbs edildi. Bu bir daha onu göstərir ki, cənab preidentimizin rəhbərliyi altında dövlətimiz qəti iradə və əzm ortaya qoyub. Bunun bir adı var. Dövlətə ləyaqətlə xidmət etmək, həvalə olunan vəzifədən sui-istifadə etməmək, korrupsiya çirkabına bulaşmamaqdır. Çünki məsuliyyətini dərk etməyən məmurların necə bir sonluğa gəlib çıxdığına hamımız şahidik”.

 
Demokrat.az
xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov deyib.

 
Deputat  Prezident İlham Əliyevin mayın 1-də Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edən zaman islahatlarla bağlı çox mühüm məsələlərə toxunduğunu da qeyd edib:

 
“Cənab Prezident  çıxışı zamanı “heç kim qanundan üstün deyil, korrupsiya və rüşvətxorluqla məşğul olanlar kimliyindən asılı olamayaraq sərt şəkildə cəzalanacaqlar. Hamı qanun qarşısında bərabərdir” fikirlərini səsləndirməklə çox ciddi mesajlar da verib. Çünki bir çox sahələrdə aparılan islahatlar birbaşa vətəndaşların rifahına, firavan həyat tərzinə xidmət edir. Belə olan halda kimlərinsə  dövlətin malını dağıtması, büdcəni talan etməsi yolverilməzdir. Hesab edirəm ki, vəzifəyə təyinat alan şəxslər iş fəaliyyətlərində dövlətə, xalqa vicdanla xidmət etməlidirlər. Onlara etimad göstərilərək vəzifə həvalə olunub. Nə ixtiyarla etimada dönük çıxırlar?! Təbii ki, bu cür çirkin əməllər, korrupsiya halaları gizli qalmır. Dərhal araşdırılaraq üzə çıxır və cəzalarını alırlar”.

 
Məşhur Məmmədov iş fəaliyyətində şəffaflığın çox önəmli faktor olduğunu qeyd edib:
 

“Təəssüf ki, bəzi məmurlar vəzifələrinin icrasına başlayarkən şəffaflığı unudurlar. Halbuki şəffaflıq aradan götürüləndə rüşvətxorluq, korrupsiya əməlləri ortaya çıxır. Həmin məmurlar elə düşünürlər ki, onların çirkin əməlləri ölkədəki islahatlara əngəl olacaq. Yanılırlar. Bu heç də belə deyil. Dövlət başçısının həyata keçirdiyi islahatların davamlı olması, neqativ halların aradan qaldırılması cəmiyyətimiz tərəfindən müsbət qarşılanır. Hesab edirəm ki, rüşvətxor və korrupsioner məmurlara qarşı amansız tədbirlər davam etdiriləcək”.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top