Hansı rayonlarda icazə sistemi ləğv edilir ?

SOSİAL 03 may 2020, 10:34

Bəzi şəhər və rayonlarda yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur.


Demokrat.az-ın xəbərinə görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilir.


Rəsmi qərarda qeyd olunur ki, SMS icazəsi və “icaze.e-gov.az” portalında qeydiyyatdan keçmək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında 4 may 2020-ci il saat 00:00-dan etibarən ləğv ediləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top