Bakıda 15 yaşlı qız hamilə qaldı

SOSİAL 02 may 2020, 18:21

Polis Bakının Nərimanov rayonunda qeydə alınan erkən hamiləlik faktını araşdırır.


Bu barədə Demokrat.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.


Məlum olub ki, hamiləliyin 9-cu ayında olan P.R. (2005-ci il təvəllüdlü) mayın 1-də xəstəxanaya daxil olub.


Həkimlər onun vəziyyətini qənaətbəxş hesab edirlər.


Ancaq qızın yetkinlik yaşına çatmamış olması cinayət işi üçün əsas yaradır, çünki cinsi əlaqə zamanı P.R 14 yaşında olub.


Hazırda yeniyetmənin hansı şəraitdə cinayət qurbanı olduğu müəyyənləşdirilir.


Qeyd edək ki, 16 yaşına çatmamış şəxslə cinsi əlaqə qurmaq və məcburi evlənməyə görə cəza tədbirlərinin olmasına baxmayaraq, Azərbaycanda erkən nikahlar hələ də geniş tətbiq olunur.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top