Bu məmurlar yaxın günlərdə vəzifələri ilə vidalaşacaq — AÇIQLAMA

SOSİAL 02 may 2020, 14:00

"Dünən Prezident İlham Əliyev yeni Baş prokuror ilə videokonfrans vasitəsilə görüşündə bir sıra vacib məqamlara toxunaraq ictimaiyyətə, məmurlara anonslar da verdi".


Demokrat.az xəbər verir ki, bu sözləri politoloq Zaur Məmmədov deyib. O bildirib ki, Azərbaycanda son zamanlar həyata keçirilən islahatlar göz qabağındadır:


"Uzun illərdən bəri istər mərkəzi, istərsə də regional idarəçilkdə dərin kök salmış məmur-vətəndaş yanaşması bir müddət sonra təmamilə tarixin arxivlərinə gedəcək. 30 il ərzində dövlətin ayrı-ayrı strukturlarında oturuşmuş məmurlar tədricən kresloları ilə vidalaşmaqdadırlar. Dövlətimiz yeni idarəçilik epoxasına qədəm qoyur. Güclü qalmaq, çağdaş modernləşən dünyadakı iqtisadi proseslərdən geridə qalmamaq üçün mütləq şəkildə rüşvətxorluğa qarşı mübarizəni daha da gücləndirmək, məmur özbaşnalığına və süründürməçiliyinə son qoymaq lazımdır. Prezident İlham Əliyev də bu dəfə bir daha daha da açıq və konkret olaraq hər kəsə xəbərdarlıq etdi ki, İcra başçıları və mərkəzi idarəetmədə vətəndaşını və dövlətini düşünməyən məmurlara qarşı ciddi tədbirlər görüləcək".(redaktor.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top