Bulvar gəzintisinə çıxmaq istəyənlərə VACİB XƏBƏR — AÇIQLAMA

SOSİAL 02 may 2020, 12:01

“Bulvara girişlə bağlı məhdudiyyətin aradan qaldırılması Operativ Qərargahın qərarından asılıdır. Nə vaxt qərar verilsə, bulvara girişə qoyulan məhdudiyyət o zaman aradan qaldırılacaq”.


Demokrat.az xəbər verir ki, bunu saytımıza açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı bildirib.


Onun sözlərinə görə, qərar paytaxt ərazisində olan parklara şamil olunmur:


“Xüsusi karantin rejiminin yumşaldılması ilə bağlı qərarda bulvara girişə qoyulan məhdudiyyətin aradan qaldırılması ilə bağlı bənd yoxdur. Operativ Qrargahın qərarı Bakıdakı park və bulvara aid deyil”.(yenicag.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top