Lənkəranda vəzifəli şəxslərin yaxınları “DOST”dan maaş alır — SENSASİYA

SOSİAL 02 may 2020, 11:58

"Lənkəran şəhər İcra Hakimiyyətinin başçısının Taleh Qaraşovun "Dost" maaş kartlarla sevdasından bir dəfə yazmışdım. Başçı özünün Kərgəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin oğlu, “LƏNKƏRAN CİTY TRAVEL” MMC-nin təsisçisi Babək Xıdırlının adına maaş kartı açdırmışdı. İndi daha iki faktı təqdim edirəm. Sosial işçi kimi adına maaş kartı açılanlardan biri də rayonun Kənarmeşə kənd sakini, 1990-cı il təvəllüdlü Elvin Xanbaba oğlu Babayevdir".

 
Demokrat.az-ın xəbərinə görə, bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli deyib.

 
C.Həsənli qeyd edib ki, Elvin Babayev Taleh Qaraşovun 1-ci müavini Möhübbət Babayev Hacıbaba oğlunun 1954-cü il təvəllüdlü qardaşı Xanbaba Babayevin oğludur: “Adı "Dost" maaşı alanlar siyahısında olanlardan biri də keçmiş deputat Hadı Rəcəblinin yaxın qohumu Rəcəbov Şamil Cəsail oğludur. Hadı Rəcəblinin qardaşı İqbal Rəcəbov Lənkəran şəhərinin maliyyə idarəsinin rəisidir. İqbal Rəcəbovun qızı Firuzə Rəcəbli Lənkəran şəhər İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqudur”.

 
Lənkəran ŞİH-lə əlaqə saxlasaq da, zənglərə cavab verən olmayıb.(pravda.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top