Bu ölkə iqtisadiyyatı xilas etmək üçün karantini ləğv edir

DÜNYA 01 may 2020, 10:19

Malayziyanın Baş naziri Muhiddin Yassin 4 maydan etibarən sərt karantin rejiminin tamamilə ləğv olunacağını elan edib.


Demokrat.az xəbər verir ki, bu barədə yerli telekanallar məlumat yayıb.


Göstərilən tarixdən etibarən ölkə iqtisadiyyatının bütün sahələri fəaliyyətini bərpa edəcək.


Baş nazir bildirib ki, dövlətin uzun müddət məhdudiyyət rejimində fəaliyyət göstərməsi iqtisadi baxımdan ölkəyə sərfəli deyil.


Qeyd edək ki, son məlumatlara əsasən, Malayziyada altı min şəxsin koronavirus testi müsbət çıxıb, 102 xəstə pandemiyanın qurbanı olub.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top