"Saxlayanım olsa, evim, maşınım olar" — Yaşar Nurinin qızı (VİDEO)

ŞOU-BİZNES 01 may 2020, 01:25

Mərhum aktyor Yaşar Nurinin müğənni qızı Ülkər bir sıra açıqlamaları ilə gündəmə gəlib.

 

Demokrat.az-ın xəbərinə görə, Ülkər haqqında gəzən şayiələrə son vermək üçün etiraflar edib:

 

"Çox adam deyir ki, atam yaşasaydı oxumağıma icazə verməzdi. Amma elə deyil, atam mənim istedadımı görsəydi, heç nə deməzdi. Atam mənim geyimlərimi görüb heç nə də deməyib. Mən 99-cu ildə geyindiyimi camaat indi geyinir. Bəziləri deyir Yaşar Nurinin qızını saxlayan var. Saxlayanım varsa əgər, axı Yaşar Nurinin qızının maşını, evi yoxdur? Gəlib baxa bilərlər, necə evdə yaşayıram. Camaat kimi yeni tikili binada yaşamıram. Yaşar tanınmış aktyor olub indi də qızı müğənnidir. Gedib müğənniliyimi edib, məclislərimi aparıram. Əgər hansısa imkanlı insan çıxıb desə ki, "Ülkər, səni sevirəm" mən də onu sevərəmsə, o halda onun dəstəyin qəbul edərəm. İnşallah maşınımı da, anamın istədiyi evi də alacam. Hamı deyir bağ evim var. Başlarına daş olub mənim bağ evim. Villası olanlar qalıb kənarda, mən balaca bir ev düzəltmişəm ki, yayda anamı da aparım ürəyi açılsın". (Big.az)

 

 

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top