Prezident Niyaməddin Musayevi təltif etdi — SƏRƏNCAM

SİYASƏT 30 apr 2020, 16:27

Prezident İlham Əliyev Akif Əsgərovun 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.


Demokrat.az xəbər verir ki, sərəncamla Azərbaycanda heykəltəraşlıq sənətinin inkişafında xidmətlərinə görə Akif İzzətulla oğlu Əsgərov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.


Dövlət başçısının daha bir sərəncamı ilə Azərbaycanda estrada sənətinin inkişafında xidmətlərinə görə Niyaməddin Cabbar oğlu Musayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.


Qeyd edək ki, mayın 1-də A.Əskərovun və N.Musayevin 80 yaşı tamam olur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top