Polis karantin qaydalarını pozan uşağı güllələdi — FOTOLAR

DÜNYA 30 apr 2020, 14:21

Koronavirus epidemiyası ilə əlaqədar tətbiq olunan komendant saatında polis onları eyvandan izləyən uşağı güllələyib.


Demokrat.az xəbər verir ki, dəhşətli hadisə Keniyanın paytaxtı Nayrobidə qeydə alınıb.


Bildirilir ki, uşaq xəstəxanada qan itkisindən ölüb.


Məlumata görə, oğlan bacısı ilə eyvana çıxaraq polisləri müşahidə etməyə başlayıb. Hüquq mühafizəçiləri əvvəlcə uşağın üzünə fanar tutublar, sonra isə atəş açmağa başlayıblar.


Güllələrdən biri uşağın qarın nahiyəsinə dəyib. Qonşular onu xəstəxanaya aparsalar da, yarası ağır olduğundan oğlanı xilas etmək mümkün olmayıb.


Qeyd edək ki, Keniyada komendant saatı dövründə polislərə atəş açmaq icazəsi verilib.


“Amnesty International” təşkilatının məlumatına görə, komendant saatı tətbiq olunandan bəri ölkədə 16 nəfər güllələnərək öldürülüb.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top