Xalq artistinin qızı: "Restoranda işləyib pulumu qazanıram"

ŞOU-BİZNES 30 apr 2020, 12:50

"Efirlər tez-tez çağırmır. Mən sənəti atsam, bəziləri çox sevinər". Bu sözləri mərhum Xalq artisti Yaşar Nurinin müğənni qızı Ülkər Yaşarqızı deyib.


Demokrat.az xəbər verir ki, Ülkər xanım onun sənətə gəldiyi gündən barəsində mənfi düşünənlərə ARB-də verdiyi müsahibəsində cavab verib:


"Çox adam deyir ki, atası sağ olsaydı, oxumazdı, elə geyinməzdi. Əksinə, atam sağ olsaydı, bəlkə, öz qızının istedadını görsəydi, hətta aktrisa olmasına icazə verərdi. Mənim atam sağ olanda geyindiklərimin bəzilərini indi geyinirəm. Atam heç vaxt geyimimə irad tutmayıb.


Mən ailə dağıtmıram, heç kimə yalvarmıram. Başımı aşağı salıb işimlə məşğulam. Restoranda işləyirəm, məclislərimi oxuyub, pulumu qazanıram. Mən yanlış addım atsam, hamı deyəcək ki, Yaşar Nurinin qızı yanlış yola getdi.


Bəziləri deyir ki, Yaşar Nurinin qızını saxlayan var. Mən kiminsə dəstəyini o zaman qəbul edərəm ki, onu sevim. Ola bilər ki, sabah mənim qarşıma elə bir insan çıxa bilər ki, imkanlı olar və mənə deyər ki, səni sevirəm və sənə dəstək olmaq istəyirəm. Ancaq biz bir-birimizi sevəriksə, o dəstəyi qəbul edərəm". 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top