Bakıda kişi arvadının boğazını kəsərək öldürdü

KRİMİNAL 30 apr 2020, 11:45

Abşeron rayonunda kişi arvadının boğazını kəsərək öldürüb. 


Demokrat.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov saytımıza açıqlamasında bildirib ki, hadisə aprelin 29-da saat 21 radələrində qeydə alınıb. 1991-ci il təvəllüdlü Anar Bəkirovun Qobu qəsəbəsində yaşadıqları evdə qısqanclıq zəminində 1993-cü il təvəllüdlü həyat yoldaşı Leyla Bəkirovaya bıçaqla xəsarətlər yetirib qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.


Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Anar Bəkirov cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulub.


Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top