Bakıda gözətçi qətlə yetirən həbsdə qaldı — QƏRAR

KRİMİNAL 30 apr 2020, 10:14

Bakıda gözətçini qətlə yetirməkdə ittiham olunan Kənan Ağayevin barəsində seçimiş həbs qətimkan tədbirinin ləğv edilməsi barədə apelyasiya şikayətinə baxılıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bakı Apelyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayəti üzrə qərar elan edilib.


Qərara görə, Kənan Ağayevin şikayəti təmin olunmayıb.


Qeyd edək ki, Xətai rayon Məhkəməsinin qərarı ilə Kənan Ağayev və qardaşı Ramil Ağayevin barəsində olan həbs qətimkan tədbirinin müddəti 2 aya qədər artırılıb.


İstintaq orqanı tərəfində Kənan və Ramil Ağayevlərin barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrar xuluqanlıq törətmək) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddələri ilə ittiham verilib.


Qeyd edək ki, Xətai rayonunda yerləşən “Abşeron Zeytun” MMC-yə məxsus bağda gözətçi Bağır Piriyev döyülərək öldürülüb.


Hadisədən sonra cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Ramil və Kənan Ağayev qardaşları həbs edilib.


Məlumata görə, qardaşlar bağda zeytun oğurluğu edən zaman Bağır Piriyevlə onlar arasında mübahisə düşüb. Mübahisədən zamanı Ağayev qardaşları bağbanı döyüblər. Ağır xəsarətlər alan Bağır Piriyev vəfat edib.


İstintaq Xətai rayon Prokurorluğunda davam edir.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top