Arıqlamaq istəyən xanım cinayət məsuliyyətinə cəlb olundu

MARAQLI 30 apr 2020, 09:09

Voronejdə arıqlamaq üçün xarici saytlardan birindən xüsusi preparatlar sifariş vermiş qız bir neçə il həbsxana həyatı yaşaya bilər.


Demokrat.az xəbər verir ki, Marina Konovalovanın sifariş verdiyi arıqlama dərmanlarının tərkibində yüksək səviyyədə narkotik maddə olub və bu preparatlar onlarla insanın ölümünə səbəb olmasıyla tanınır. İlk sifarişlərdən sonra xeyli arıqladığını hiss edən xanım onlardan top şəkildə sifariş verməklə polisin diqqətini çəkib.


İndi o, narkotik tərkibli maddələrin qaçaqmalçılığı üzrə cinayət işinin fiqurlarından birinə çevrilib. Maraqlıdır ki, həmin preparatlardan istifadə edərək arıqlayan insanların siyahısında tibb işçiləri də var. Konovalovanın vəkili bildirib ki, xanımın sifarişlə aldığı dərmanlar daha ucuş başa gəlib, üstündə isə narkotik tərkibinin olması barədə xəbərdarlıq edilmədiyinə görə onun cinayətkar şəbəkə ilə əlaqəsi yoxdur.


Maraqlıdır ki,məşhur şou ulduzu Pyotr Şalyapin də həmin preparatlardan istifadə etdiyini açıq etiraf edib.


Qadağan olunmuş preparatın narkotik asılılıq, infarkt, insult, anereksiya, psixi pozğunluq kimi pis nəticələri də ola bilər.


“Subutramin adlanan həmin məhsul psixi pozğunluğun yaranma səbəbidir”,-deyə Narkoloji Klinikanın rəhbəri Sergey Kazansev bildirib. Bir çox ölkələrdə qadağan olunmuş bu preparat Rusiyada ciddi həkim nəzarəti ilə qəbul edilir. Həm də arıqlamaq məqsədi ilə yox, ciddi xəstəliklərin müalicəsində istifadə olunur.(bizimyol.info)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top