Röya seksual paylaşımı ilə gündəmi alt-üst etdi — FOTO

ŞOU-BİZNES 29 apr 2020, 23:14

May ayına planlaşdırılmış konsertini payıza təxirə salan Xalq artisti Röya Ayxan açıq-saçıq, ağlı-qaralı fotosu ilə şou-biznesin sükütünü pozub.


Belə ki, sənətçi sosial media hesabında paylaşdığı fotoda fərqli tərzdə kamera önünə keçib.


Üzərinə qara pencək geyinən Röya ağ rəngli alt geyimində seksual poz verib. Ecazkarlığı ilə göz qamaşdıran Xalq artisti saçlarını uzadaraq, dalğavari şəkildə çiyinlərinə atıb.


R.Ayxanın cazibədar və füsunkar obrazı üzərində dünya şöhrətli stilist və vizajist Anar Ağakişiyev çalışıb. (Oxu.az)

 

 

 

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top