Koronavirusun daha bir acı nəticəsi: Qanqrenaya səbəb olur

DÜNYA 29 apr 2020, 19:07

Koronavirusdan müalicə olunan məşhur aktyor Nik Korderonun ayaqları qan laxtalanmasına görə kəsilib. Maraqlıdır ki, bu ilk hal deyil.Minlərlə insanın ölüm səbəbi olan qorxunc xəstəliyin yan təsirlərindən biri də damarlards qanın laxtalanmaya və bunun da öz növbəsində qanqrenaya səbəb olmasıdır.


Demokrat.az xəbər verir ki, amerikalı həkimlər Covid-19 xəstələrində qan laxtalanma dərəcəsinin digər xəstəliklərə nisbətən daha yüksək səviyyədə olduğunu müəyyən ediblər.


Nyu York Mərkəzi xəstəxanasının həkimi Şari Broshan bildirib ki, xəstələrin bir çoxunda qan dövranı yaxşı deyil. “Onlar əziyyət çəkirlər. Biz amputasiya barədə düşünürük. Əgər əzalar kəsilmirsə, əllər və ayaqlar öz başlarına düşə biləcək qədər zədələnə bilər. Qan laxtaları yalnız əzalara deyil, ağciyər, ürək və beyin üçün də təhlükəlidir. Çünki bu bölgələrdə laxtalanma ölümcül ağciyər arteriyasının qəfil tıxanmasına, infarkta səbəb ola bilər.'


Xəstəliyin uşaqlarda da toksik yan təsirləri qeydə alınıb. Virusa bağlı xəstəlik uşaqlarda toksin iltihablanmaya səbəb olub. 'Daily Maili''nin verdiyi xəbərə görə yüksək temperaturla müşahidə olunan xəstəlik yalnız reanimasiyada müalicə oluna bilər. Bu fakt İngiltərədə Beynəlxalq sağlamlıq təşkilatını hərəkətə keçirib.(bizimyol.info)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top