Azərbaycanlı müğənni atası ilə QƏZAYA DÜŞÜB, biri ölüb — Bacısını xilas etmək üçün...

ŞOU-BİZNES 29 apr 2020, 18:08

Gənc müğənni Habil Əhmədov uzun müddətdən sonra "Şou ATV"nin efirində görünüb.


Demokrat.az xəbər verir ki, müğənni efirlərdə fasilə ilə göründüyü üçün onu tənqid edənlərə cavab verib. Habil 22 yaşı olarkən atasının idarə etdiyi maşınla qəzaya düşdüklərini və o andan sonra dünyanın başına "yıxıldığını" bildirib. O, qəza zamanı sükan arxasında olan atasının gözü önündə can verdiyini, buna görə də sənətində fasilə etmək məcburiyyətində qaldığını sözlərinə əlavə edib.


Habil səhnəyə qayıdışından qısa vaxt sonra ikinci şoku yaşayıb. Müğənni ailəli olan yeganə bacısını xərçəngin cəngindən xilas etmək üçün sənəti atıb, bacısını xilas etməyin yollarını axtarmağa başlayıb:


"İnsanlar bilib bilmədən rəy bildirir. Hər dəfə deyirlər ki, "Əşi, Habildir də. Gah çıxıb oxuyur, gah da yoxa çıxır". Gərək soruşasan, maraqlanasan səbəb nədir. Onu elə tərzdə deyirlər ki, mən güya kefimdən bunu edirəm. Atamın ölümündən sonra bacıma dördüncü dərəcəli xərçəng dioqnozu qoyuldu. Mən bacımın xəstəliyinə görə 2 il ərzində 4 ölkə arasında qaldım - Türkiyə, Rusiya, Azərbaycan, İran. Çünki müəyyən dərmanları mən İrandan tapa bilirdim. Allaha şükr edirəm ki, sonuna qədər mübarizə apardım, mən tək qalmadım. Bacım iki dəfə ağır əməliyyat keçirtdi. Onun nə boyda həyat riski var idi, o şeylər artıq keçdi. Ona görə indi rahat danışıram. O bu gün həyatda olmaya da bilərdi, balaları yetim qala bilərdi. Mən bütün bu şeyləri nəzərə alıb öz həyatımı bir tərəfə qoymuşdum, çalışırdım ki, var-gücümlə onun arxasınca qaçım". 


Qeyd edək ki, "Yeni ulduz" layihəsindən sonra tanınan gənc müğənni mərhum xalq artisti İslam Rzayevin tələbəsi olmuş Nuridə Əliyevanın övladıdır.(milli.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top