“Hunday”ın baş dizayneri istefaya getdi

DÜNYA 29 apr 2020, 13:16

Cənubi Koreyanın “Hunday Motors” avtomobil konserninin şef-dizayneri Lyuk Donkervolke istefaya gedib.


Demokrat.az xəbər verir ki, bu məlumatı “Ryonxap” agentliyi yayıb. Donkervolke vəzifədən gedişinin səbəbini açıqlamayıb.


Qeyd edək ki, Donkervolke “Hunday” konserninə 2015-ci ildə gəlib. O bu vaxta qədər “Lamborcini” və “Bentli”nin dizaynı ilə məşğul olub. “Hunday”da isə o, “Genezis” brendi və “Kia Motors” şirkətinin “Hunday”la əlaqəli avtomobillərinin dizaynını hazırlayıb.(axar.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top