Görünməmiş dəstək: 1200 həkim koronayla mübarizə üçün göndərildi

DÜNYA 29 apr 2020, 11:48

Koronavirusla mübarizə üçün sonuncu dəfə Cənubi Afrikaya həkim briqadası göndərən Kuba ümumilikdə 22 ölkəyə bü cür yardım edib. Bununla da Kuba pandemiya dövründə dünyada “həkim diplomatiyası” həyata keçirən yeganə ölkə olub.


Demokrat.az xəbər verir ki, rəsmi Havana koronavirus pandemiyası ilə mübarizədə həkim böhranı yaşayan onlarla ölkəyə dəstək qrupları göndərməklə səhiyyə sahəsində növbəti dəfə öz gücünü göstərib.


Təkcə Cənubi Afrikada Kubanın 200-dən çox həkimİ koronavirusla mübarizə aparır.


Kubanın ciddi tibbi dəstək göstərdiyi ölkələrdən biri də İtaliya olub. Ölkə mart ayında ilk həkim qrupunu İtaliyaya göndərib. Apreldə isə 38 nəfərlik daha bir həkim qrupu Romaya gəlib.


Ümumilikdə1200-dən çox kubalı həkim Afrika, Avropa və Asiyada koronavirusla mübarizə aparırlar. Onlar Andorra, Venesuela, Nikaraqua, Braziliya, Cənubi Afrika və digər ölkələrdə işləyirlər.


Kuba dünyada epidemiyaya qarşı ən hazırlıqlı ölkə hesab olunur. Ölkədə tibbi təhsilə ciddi əhəmiyyət verilir, səhiyyə avadanlıqlarının ixracatı həyata keçirilir.


Kuba 2018-ci ildə səhiyyə anlaşmalarından 6,3 milyard dollar gəlir əldə edib. Hazırda Kubanın 59 ölkədə 30 mindən çox tibb işçisi işləyir.(teleqraf.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top