"Kamil Zeynallının etdiyi qəhrəmanlıq deyil!" — Zaur Baxşəliyev

ŞOU-BİZNES 29 apr 2020, 10:31

“Azərbaycanda karantin rejiminin yumşalması biz də arxayınlıq yaratmamalıdır. Təhlükə var, olub və hər zaman geri qayıda bilər”.


Demokrat.az məlumat verir ki, bunu aparıcı Zaur Baxşəliyev aparıcısı olduğu “Bizimləsən” verilişində deyib.


Baxşəliyev bildirib ki,  Prezident İlham Əliyev bu çətin günlərdə hər bir vətəndaşa dəstək olduğunu nümayiş etdirib və onların təhlükəsizliyini təmin edib:


“Qəhrəmanlıq bir yeşiyi götürüb kiminsə qapısına getməklə ölçülməz. Düşüncə baxımından bizdən üstdə də dayanan insanlar var ki, onların lap başında Cənab Prezidentimiz durur. Cənab prezidentimiz bütün xalqı qoruma altına aldı. Bizim bu virusa yoluxma məqamımızı daha da məhdudlaşdırdı. Ən inkişaf etmiş ölkələrdə belə nə qədər ölüm sayını gördük. Təbii Azərbaycan da itki verdi. Amma Azərbaycan o ölkələrdən oldu ki, qısa zaman kəsiyində bu çətin günlərin sınağından çıxa bildi. Amma karantin rejiminin yumşaldılması bizi arxayınlaşdırmamalıdır, həmrəyliyimizi yenə də göstərməliyik. Təhlükə var, olub və hər zaman geri qayıda bilər. Özünüzü qoruyun”.(konkret.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top