Bakıda aptekə silahla basqın edən şəxs tutuldu — FOTOLAR

KRİMİNAL 27 apr 2020, 12:24

Bakıda aptekə silahla basqın edən şəxs tutulub.


Bakı Şəhər Baş Polis İdarəsindən Demokrat.az-a verilən məlumata görə, aprelin 21-də axşam saatlarında Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən aprektlərdən birində üzündə maska olan naməlum şəxs əlində tapançaya oxşar alətlə əczaçını hədələməklə 700 manat pulu quldurluq yolu ilə talayıb. 


BŞBPİ Cinayət-Axtarış İdarəsi və 15-ci Polis bölməsi əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkum olunan, 1979-cü il təvəllüdlü İ.Paşayev müəyyən olunaraq tutulub. Sabunçu RPİ İstintaq şöbəsində başlayan cinayət işi üzrə şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top