KXDR mətbuatı Kim Çen In haqqında məlumat yaydı

DÜNYA 27 apr 2020, 12:11

KXDR Dövlət Şurasının sədri Kim Çen In sənədlərlə işləməyə davam edir. O, Vonsan-Kalmanın şərq sahilindəki turizm zonasının inşaatçılarına təşəkkür məktubu göndərib.


Demokrat.az xəbər verir ki, bu barədə Şimali Koreyanın mərkəzi qəzeti “Nodon Sinmun” məlumat yayıb.

 
“Hörmətli ali rəhbər yoldaş Kim Çen In Vonsan-Kalma sahil turizm bölgəsinin inşasında yaxından iştirak edən işçilərə təşəkkür etdi”, - deyə məqalədə bildirilir.


Bununla yanaşı, KXDR liderinin təşəkkür məktubunu göndərdiyi tarix açıqlanmayıb. “Nodon Sinmun”, həmçinin Kim Çen Inın yeni fotolarını da yayımlamayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top