Boris Conson işə qayıtdı

DÜNYA 27 apr 2020, 12:39

İngiltərənin Baş Naziri Boris Conson koronavirus müalicəsindən 22 gün sonra yenidən vəzifə başına qayıdıb.


Demokrat.az xəbər verir ki, dünən gecə Dauninq-strit 10 ünvanındakı iqamətgahına qayıdan Conson bu gün videokonfrans vasitəsilə keçiriləcək Nazirlər Şurasının iclasına rəhbərlik edəcək. Baş Nazirin gündəlik mətbuat konfransında da iştirak edəcəyi gözlənilir.


Bundan əlavə, “Telegraph” qəzetinin məlumatına görə, Conson bu həftə məhdudiyyətlərin necə azaldılacağına dair planlarını açıqlaya bilər.


Qeyd edək ki, martın 27-də koronavirus testi pozitiv çıxan Conson karantinə götürülmüş, simptomları ağırlaşdığından isə aprelin 5-dən reanimasiyaya yerləşdirilmişdi. Aprelin 9-da reanimasiyadan çıxan Baş Nazir ayın 12-də xəstəxanadan buraxılıb və müalicəsini ev şəraitində davam etdirib.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top