Azərbaycanda koronavirusun yox olacağı tarix AÇIQLANDI

SOSİAL 26 apr 2020, 19:26

Sinqapur Texnologiya və Dizayn Universitetinin (SUTD) alimləri süni intellektə əsaslanaraq dünyada və ayrı-ayrı ölkələrdə koronavirusun yox olacağı tarixi açıqlayıblar.


Demokrat.az “qafqazinfo”ya istinadən xəbər verir ki, məlumata görə, koronavirus dünyada mayın 30-da 97%, iyunun 17-də 99%, dekabrın 8-də isə 100% yox olacaq.


Azərbaycana gəlincə, alimlərin fikrincə koronavirus mayın 6-dək 97 faiz, mayın 17-si 99 faiz, iyun ayının 14-ü isə tamamilə yox olacaq.


Qonşu ölkələrdə isə vəziyyət belədir:


Rusiyada koronavirus mayın 20-də 97%, mayın 28-də 99 %, iyulun 20-də 100%


Türkiyədə mayın 17-də 97%, mayın 29-da 99%, avqustun 12-də isə 100%


İranda mayın 20-də 97%, iyunun 9-da 99%, oktyabrın 22-də 100%


Gürcüstanda mayın 13-də 97%, mayın 23-də 99%, iyunun 6-da isə 100%


Ermənistanda iyunun 11-də 97%, iyunun 29-da 99%, avqustun 20-də isə 100% yox olacaq.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top