İranda koronavirusa yoluxanların sayı 90 mini keçdi

DÜNYA 26 apr 2020, 17:58

İranda 19 fevraldan bu günədək (26 aprel) 90 481 nəfər koronavirusa (COVID19) yoluxub.


Demokrat.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib.


K.Cahanpurun sözlərinə görə, ötən 24 saat ərzində daha 1 153 nəfərin bu virusa yoluxması öz təsdiqini tapıb. Ümumilikdə virusa yoluxanlardan 3 079 nəfərin vəziyyəti ağır qiymətləndirilir.


Nazirlik rəsmisi ötən sutka ərzində daha 60 nəfərin koronavirusdan öldüyünü və İranda koronavirusdan ölənlərin sayının 5 710 nəfərə çatdığını deyib.


Cahanpur bildirib ki, İranda indiyədək 69 657 nəfər koronavirusdan sağalıb.


İranda indiyədək koronavirusun diaqnozu ilə əlaqədar 421 mindən çox test həyata keçirilib. (Trend)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top